Şərtlər və Qaydalar
Şərtlər və Qaydalar
1. Terminlər və Təriflər
- Komanda Kapitanı – Həvəskar olaraq yaradılmış komandanın idarəedicisi. Bu rol komanda yaradılarkən avtomatik olaraq ilk istifadəçiyə verilir və sonradan başqa bir üzvə ötürülə bilər. Kapitan komandanın bütün rəsmi hərəkətlərinə görə məsuliyyət daşıyır.
- Verified Komanda – Turnirə qeydiyyat zamanı ödəniş həyata keçirən və təsdiqlənmiş komanda statusu qazanan komanda.
- Təşkilatçı – Turnirin formatını, iştirakçıları və qaydalarını müəyyən edən şəxs və ya qurum. Turnirin reqlamentinin hazırlanması və həyata keçirilməsi hüququna malikdir.
- Fors-major halları – Komanda heyətindən bir və ya bir neçə oyunçunun birinci dərəcəli qohum itkisi, komanda üzvünün vəfatı, komandanın dağılması, təbiət hadisələri, və ya təşkilatçının nəzarətində olmayan fövqəladə hallar. Hər bir hal fərdi şəkildə MatchX və təşkilatçı tərəfindən qiymətləndirilir.
2. Xidmətin Təsviri
MatchX, istifadəçilərə mini futbol turnirlərində iştirak etmək üçün platforma təqdim edir. Komandalar bu tətbiq vasitəsilə turnirlərə qeydiyyatdan keçə, ödəniş edə və turnirə rəsmi şəkildə qoşula bilərlər. Turnirlər MatchX tərəfindən idarə olunan rəsmi təşkilatçılar tərəfindən həyata keçirilir.
3. Ödəniş Qaydaları
- Ödəniş yalnız bir dəfəlik həyata keçirilir və bu, turnirdə iştirak haqqını təmin edir.
- Ödəniş ya komanda kapitanı tərəfindən tətbiq üzərindən, ya da təşkilatçı tərəfindən MatchX panelindən həyata keçirilə bilər (əgər təşkilatçı ödənişi komanda adından nağd və ya başqa üsulla alıbsa).
- Ödəniş tamamlandıqdan sonra komanda “Verified” statusu alır və rəsmi şəkildə turnirə qəbul olunur.
- Ödəniş zamanı hər hansı texniki problem yaranarsa, istifadəçi support@matchx.az ünvanına və ya tətbiq daxilindəki əlaqə vasitələrinə müraciət etməlidir.
- Ödənişin həyata keçirilməsi zamanı təhlükəsizlik məqsədilə istifadəçinin IP ünvanı, cihaz tipi, brauzer məlumatları, istifadə olunan əməliyyat sistemi və əlaqəli texniki parametrlər sistem tərəfindən qeydə alınır. Bu məlumatlar yalnız təhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması məqsədilə istifadə olunur və üçüncü şəxslərlə paylaşılmır.
4. Geri Ödəniş Siyasəti
- Ödənişlər, yalnız fors-major halları (yuxarıda qeyd edildiyi kimi) halında MatchX və Təşkilatçı tərəfindən dəyərləndirilərək geri qaytarıla bilər.
- Təşkilatçı tərəfindən turnirin tam ləğv edilməsi halında ödənişlər birmənalı şəkildə geri qaytarılır.
- Turnirin tarixi dəyişdirildiyi halda, ödənişin geri qaytarılması məsafəyə və istifadəçinin iştirak imkanlarına görə fərdi şəkildə qiymətləndirilir.
5. İstifadəçinin Öhdəlikləri
- Komanda kapitanı komanda üzvləri adından bütün öhdəliklərə görə cavabdehdir.
- İstifadəçi, turnirin keçirildiyi Reqlamentdə (turnirə dair qaydalar toplusu) göstərilən qaydalara tam şəkildə əməl etməyə razıdır.
- Saxta və ya qanunsuz ödənişə yol verildiyi aşkarlandıqda, MatchX və Təşkilatçı həmin komandanı turnirdən uzaqlaşdırmaq hüququna malikdir.
6. Turnir Reqlamenti və Davranış Kodeksi
- Hər turnirin özünəməxsus Reqlamenti vardır və iştirak edən hər bir komanda bu sənədə əməl etməyi qəbul edir.
- Davranış qaydaları, oyun formatı, cəzalar və digər texniki məsələlər reqlamentdə açıqlanır.
- Təşkilatçının qərarları reqlamentə əsasən qəti sayılır.
7. Məsuliyyətin Məhdudlaşdırılması
- MatchX, yalnız turnirlərin əlaqələndirilməsi və texniki dəstəklə məşğuldur. Turnirin keçirilməsi ilə bağlı məsuliyyət təşkilatçının üzərindədir.
- MatchX, istifadəçinin şəxsi səbəblərdən və ya komanda daxili dəyişikliklərdən irəli gələn iştirak etməməsinə görə məsuliyyət daşımır.
8. Əlaqə Məlumatları
Hər hansı texniki və ya hüquqi suallar üçün bizimlə əlaqə saxlayın:
- E-poçt: support@matchx.az
- Veb sayt: https://matchx.az
9. Təşkilatçıların Öhdəlikləri və Hüquqi Məsuliyyət
- MatchX platforması vasitəsilə fəaliyyət göstərən Təşkilatçılar, istifadəçilərdən (komandalardan) ödəniş topladıqda bu ödənişin müqabilində turniri elan edilmiş formatda keçirməyə, vəd olunan xidmətləri təqdim etməyə hüquqi öhdəlik daşıyırlar.
- Əgər Təşkilatçı:
- Komandadan ödəniş aldığı halda turniri keçirmirsə,
- Komandanı turnirə daxil etmirsə və ya əsassız şəkildə iştirakını ləğv edirsə,
- Vəd edilən xidmətləri göstərmədən ödənişə sahib çıxırsa,
- Dələduzluq məqsədi ilə MatchX platformasından istifadə edirsə –
- Təşkilatçının platformada fəaliyyətini dərhal dayandırmaq,
- Təşkilatçını sistemdən uzaqlaşdırmaq,
- İstifadəçi şikayəti və sübutlara əsasən məsələni hüquqi instansiyalara (məhkəmə və hüquq-mühafizə orqanları) ötürmək hüququna malikdir.
- MatchX, bu hallarda istifadəçini təmsil edə və ya hüquqi proseslərdə iştirak etmək üçün müvafiq qurumlara rəsmi məlumat təqdim edə bilər.
- Təşkilatçı ilə istifadəçi arasında yaranan bu tip ciddi mübahisələr zamanı MatchX vasitəçi kimi çıxış edə bilər, lakin zəruri hallarda məsələ məhkəmə çəkişməsinə qədər aparıla bilər.