Rəqib Axtarış Sistemi

Komandalar
31 iyul 2024
İlk olaraq, komanda yaratmaq və minimum 5 oyunçunu komandaya toplamaq lazımdır.
Bu addımları tamamladıqdan sonra, komanda kapitanı komanda üçün yeni oyun yarada bilər.
Bunun üçün "Oyunlar" bölməsinə daxil olub, "Oyun yarat" düyməsini seçin.
Oyunun tarixini, reytingli olub olmadığını, regionu və digər kapitanların görməsini istədiyiniz mesajı qeyd edin. Oyunu yaradın (bunu sadəcə komanda liderləri edə bilər).
Artıq digər oyunçular sizin oyun istəyinizi görə biləcəklər.
Həmçinin, öz komandanızın oyunlarını "Oyunlarım" bölməsindən görə bilərsiniz.
Oyuna qoşulmaq çox sadədir. "Oyunlar" panelində görünən oyunlardan istədiyinizi seçib, ona qoşulun (bunu sadəcə komanda liderləri edə bilər).
Bunun kimi daha çox bloqlar:

Yeniliklər
3 iyul 2025

Yeniliklər
28 iyun 2025

Yeniliklər
13 iyun 2025

Komandalar
31 iyul 2024